Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




İQTİSADİYYAT VƏ SƏHİYYƏ SAHƏSİ

  • Azərbaycan iqtisadiyyatda islahatlar sahəsində lider dövlət kimi tanınmışdır. Dünya Bankının və Beynəlxalq maliyyə korporasiyasının “Doing Business-2009” hesabatına əsasən, Azərbaycan keçən il tutduğu 96-cı yerdən 33-cü yerə qalxaraq biznes mühitinin münasibliyi baxımından Hesabatın tarixində dövlətlərin reytinq siyahısında misilsiz sıçrayış etmişdir.
  • 2008-ci ildə Azərbaycanın ÜDM həcmi $46,921milyard təşkil etmişdir ki. bu da 2007-ci ilin ÜDM göstəricisindən 10,8% ($35,013 milyard) çoxdur. Beynəlxalq valyuta fondunun verdiyi məlumata əsasən, 2008-ci ildə MDB ölkələri arasında Azərbaycan ən yüksək ÜDM göstəricisinə malik olmuşdur.
  • BMT-nin “Dünyada iqtisadi vəziyyət və 2009-cu il üçün inkişaf perspektivləri” hesabatına əsasən, 2009-cu ildə MDB məkanında Azərbaycan ən dinamik iqtisadiyyata malik ölkə olmuş və ölkənin ÜDM 14% artacaqdır.
  • 2009-cu ildə dövlət büdcəsinin layihəsində gəlirlər 12 milyard 177 milyon manat ($15 milyard 333 milyon), xərcləri isə 12 milyard 355 manat ($14 milyard 815 milyon və ya ÜDM-nin 28,3%-i) səviyyəsində göstərilmişdir; dövlət büdcəsindən xərclərin 5.2%-i səhiyyə sahəsinin payına düşəcək.
  • AR Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, Azərbaycan dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılmış vəsaitin həcmi 2013-cü ilə qədər 600 milyon manat ($740 milyon 741min) səviyyəsinə çatacaq; 2007-ci ildə ayrılmış vəsait 257 milyon manat ($317 milyon 284 min), 2003-cü ildə isə 55.3 milyon manat ($68 milyon 300 min) təşkil etmişdi.



BIHE: FAKTLAR VƏ RƏQƏMLƏR
Yaranma ili: 1995
Dövrilik: hər il
     
2008-ci il göstəriciləri
Ümumi sahə: 3 065 kv.m
Ziyarətçilərin sayı: 9 067
İştirakçı ölkə sayı:
15
İştirakçı sayı: 98



EKSPONENTLƏR BIHE2008 HAQQINDA

“Biz BİHE sərgilərində müntəzəm olaraq iştirak edirik ki, bu da nəinki nüfuzumuzu artırır, həm də gələcək fəaliyyətimizə impuls verir. BİHE ilə əlaqə xoş ənənəyə çevrilmişdir, çünki bu tədbir Zaqafqaziyada yeganə iri ixtisaslaşdırılmış sərgidir. Burada baş verən görüşlər yeni layihələr, ideyalar, yeni dost və həmkarlar bəxş edir”.
Mais Sailov,
LABSERVIS şirkətinin baş direktoru


“Bu gün Azərbaycanda məhsullarımızın 41 adı qeydiyyatdan keçirilmişdir və bu siyahı artmaqdadır. Fikrimcə, BİHE sərgisi Azərbaycan bazarında fəaliyyətimizin genişlənməsində öz müsbət rolunu oynamışdır. Qeyd etməliyik ki, Bakının ixtisaslaşdırılmış sərgilərində iştirak həmkarlar ilə effektiv əlaqənin saxlanılmasını və məhsulların tibbi cəmiyyətin və son istifadəçinin diqqətinə çatdırılmasını təmin edir”.
Svetlana Koşeleva,
“Altayvitaminı” şirkətinin kommersiya direktoru


“BİHE sərgisi – ən yeni texnologiyaların nümayişi üçün meydançadır. Bundan başqa, sərgi daxili bazarın öyrənilməsi üçün əla imkan yaradır”.
Zülfüqar Babayev,
AZERBAİJAN TECHNOLOGİES şirkətinin baş direktoru


“Millətin sağlamlığı uğrunda aparılan dövlət miqyaslı işdə geniş təbliğat və informasiya dəstəyinə ehtiyac duyulur. Burada ən əsas rollardan birini dərman preparatlarının ən yaxşı istehsalçılarını Bakıda toplayan və sahə peşəkarlarının diqqətini cəlb edən ixtisaslaşdırılmış beynəlxalq sərgilər oynayır.”
Əbülfəz Abdulla-zadə,
Azərbaycan Səhiyyə Nazirliyinin Dərman preparatlarının analitik ekspertiza Mərkəzinin direktoru




PARTNYORLAR






www.mbask.az

VALYUTA MƏZƏNNƏSİ
  05/09/2010 06/09/2010
USD 0.8035 0.8035
EUR 1.0276 1.0300
GBP 1.2400 1.2391
RUR 0.0261 0.0262
HAVA



Stomatology Azerbaijan is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek